Azərbaycandan Gürcüstana təcili dəstək

19.04.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanda elektrik enerjisi kəsilib. 

“Qafqazinfo” xəbər verir ki, ölkənin paytaxtı Tbilisi də daxil olmaqla bir sıra regionları da bu problemlə üzləşib.

Buna səbəb Kavkasioni elektrik ötürücü xəttində baş verən qəza göstərilir.

“AzərEerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin “Qafqazinfo”ya verdiyi məlumata görə, böyük problemlə üzləşən Gürcüstan tərəfi Azərbaycana kömək üçün müraciət edib. Dərhal “AzərEnerji” tərəfindən Gürcüstan enerjisistemi ilə paralel iş bərpa olunub. Qəzanın ilk anında Gürcüstana 380-400 MVt enerji ötürülüb.

Qeyd edək ki, qəzanın səbəbi hələlik bəlli deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью