Azərbaycandan İrana müalicəyə gedənlərın sayı azalıb SƏBƏBLƏR

31.01.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əvvəllər azərbaycanlılar da daxil olmaqla regionda bir çox ölkənin vətəndaşları müalicə almaq üçün kütləvi şəkildə İrana üz tuturdular. Lakin son illərdə bu tendensiya demək olar ki, kökündən dəyişib. Son statistikalara nəzər salsaq, İran bu sahədə lider mövqeyini çoxdan itirib.

İnsanlar xüsusilə ağır xəstəliklərin müalicəsi üçün İrana üz tuturdular ki, bu gün də onu müşahidə etmək olmur. 

Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib ki, 10 ildən artıqdır ki, Azərbaycandan İrana müalicə məqsədilə gedən xəstə sayı azalıb:

“Çünki ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində böyük uğurlar əldə olunub.

Səbəbləri aşağıdakılar kimi sıralamaq olar:

- Bugün ölkəmizdə xaricdə yüksək tibb təhsil almış müxtəlif ixtisaslı həkimlərin yetərincə olması;

 - Bakıda və eləcə də regionlarda dünya səviyyəsində müasir standartlara cavab verən səhiyyə infrastrukturunun yaradılması;

- Səhiyyə sahəsində ən uğurlu islahat kimi İcbari Tibbi Sığortaya keçid;

- Dövlət büdcəsindən imkanları məhdud olan vətəndaşlar üçün maliyyə vəsaitinin ayrılması;

- Ölkənin hər yerində ilkin tibb xidmətinin təşkili;

- İlkin tibb xidmətinə əlçatanlıq üçün TƏBİB-in yaradılması;

- Səhiyyənin daha yüksək səviyyədə inkişaf etməsində Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə olan diqqət və dəstəyi.

Eləcə də qeyd etmək lazımdır ki, hazırkı duruma təsir göstərən əsas məqamlardan biri də səhiyyə qanunvericiliyinin hər il daha da təkmilləşdirilməsidir”.

Milli Məclisin Səhiyyə komitəsinin digər üzvü Müşfiq Məmmədli isə vurğulayıb ki, İrana müalicə üçün axının azalması həm Azərbaycan səhiyyəsinin uğuru, həm də İranın öz daxili və geosiyasi problemlərinin təbii nəticəsidir:

“Azərbaycan isə bu boşluğu düzgün səhiyyə islahatları, dövlət siyasəti və infrastruktur yatırımları ilə tədricən doldurur və regionda etibarlı tibbi xidmət mərkəzinə çevrilmək potensialını açıq şəkildə nümayiş etdirir.

Əsas dəyişikliklər və təsirləri isə belə sıralamaq olar:

Xidmət çeşidinin artması: mürəkkəb diaqnostika və müalicə xidmətlərinin, məsələn, invaziv kardiologiya, neyrocərrahiyyənin sığorta çərçivəsinə daxil edilməsi səhiyyə xidmətlərinin keyfiyyətini yüksəldir və kəskin xəstəliklərin nəticələrinin yaxşılaşmasına imkan yaradır.

Əlçatanlıq və səmərəlilik: daha çox xidmətin sığorta tərəfindən qarşılanması xəstələrin müalicəni gecikdirmədən alma imkanlarını artırır və nəticədə xəstəliklərin ağırlaşmasına qarşı profilaktik təsir göstərir.

Maliyyə risklərinin azaldılması: xərclərin icbari sığorta tərəfindən qarşılanması xəstənin xərclərini azaldır və səhhət problemləri üzündən maliyyə çətinliklərinin qarşısını alır - bu, səhiyyə xidmətlərinin keyfiyyətli istifadəsini artırır.

Əhali sağlamlığının yaxşılaşması: dərmanların qarşılanması müntəzəm müalicə qəbulunu təşviq edir, xəstəlik nəticələrinin təhlükəli mərhələlərə keçməsinin qarşısını alır və komplikasiyalar riskini azaldır.

Maliyyə yükünün azalması: dərman xərclərinin azaldılması xüsusilə aşağı gəlirli ailələr üçün vacibdir - nəticədə səhiyyə xərcləri səbəbindən xəstələr müalicəni dayandırmır və daha yaxşı sağlamlıq nəticələri əldə edilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью