Azərbaycandan keçən növbəti taxıl yüklü qatar Ermənistana yola düşdü (YENİLƏNİB)

04.02.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib.

"Unikal" xəbər verir ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 min 660 ton taxıl (bugünkü 560 ton da daxil olmaqla) göndərilib.

*** 15:09

Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl yüklü vaqonlar göndəriləcək.

"Unikal" xəbər verir ki, bu gün 8 ədəd taxıl yüklü vaqon Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana yola salınacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью