Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
"Azərbaycandan məni istəyən klublar var idi. Amma bu klubların adını çəkmək düzgün olmazdı. Çünki gələ bilməyəcəyimi klublarımıza demişdim. Bütün klublarımıza uğurlar arzulayıram".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Partizani”nin azərbaycanlı futbolçusu Vüsal İsgəndərli deyib.
Albaniya klubunda çıxış edən həmyerlimiz qışda Premyer Liqa klublarımızdan birinə keçə bilərdi. Lakin o, təklifləri geri çevirib.
İsgəndərli Azərbaycan milli komandasına dəvət ediləcəyinə inandığını bildirib: "Partizani”yə gəldiyim gündən bəri bircə dəfə, o da xəstəliyə görə oyun buraxmışam. Həmin matçda da ehtiyatda oturdum. Digər matçların hamısını start heyətdə başlamışam. Əlbəttə ki, mən də istəyərəm milliyə qayıdım. Fernandu Santuşun vaxtında dəvət gələcəyini bilirdim. Sadəcə özümdən qaynaqlanan sənə problem var idi. O da həll olundu. İndi də həll olunub və millidən dəvət gözləyirəm".
Mirbağırağa