Azərbaycandan olan turistlərin Gürcüstana qazandırdığı gəlir artıb | Icma.az
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən il Gürcüstan Azərbaycandan olan turistlərdən 223,3 milyon ABŞ dolları gəlir əldə edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.
İllik müqayisədə gəlirdə 54,8 milyon ABŞ dolları və yaxud 32% artım qeydə alınıb.
2025-ci il Gürcüstanın turizm sektoru üçün gəlir baxımından rekord il olub.
Qonşu ölkə beynəlxalq turizmdən 4,69 milyard ABŞ dolları məbləğində gəlir götürüb ki, bu da illik müqayisədə 6% çoxdur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu