Azərbaycandan qaz idxalı üzərində işləyirik Fitso

04.02.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Slovakiya və Avropa Komissiyası Azərbaycandan qaz nəqlinin təşkili üzərində işləyir.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Fitso Feysbuk səhifəsində deyib.

“Avropa Komissiyası ilə birlikdə alternativ - Azərbaycandan Slovakiyaya qaz idxalı üzərində işləyirik ki, bu da bir tərəfdən ölkəmiz üçün yaxşı, keyfiyyətli və təhlükəsiz qaz təchizatını, eyni zamanda daxili istehlakı təmin edər. Bununla yanaşı, qaz tranziti də tədricən bərpa oluna bilər”, - o bildirib.

Fitso qeyd edib ki, danışıqlar prosesinin tezliklə yaxşı xəbərlər gətirəcəyinə ümid edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью