Azərbaycandan Qazaxıstana pul köçürmələri 53% azalıb

02.07.2025

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ilin birinci rübündə Qazaxıstana 1 milyon 269 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 439 min dollar və ya 53,1% azdır. 2024-cü ilin yanvar-mart aylarında bu məbləğ 2 milyon 708 min dollara bərabər olub. 

Qeyd edək ki, birinci rübdə Azərbaycandan Qazaxıstana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 1,1% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью