Azərbaycandan qurban əti apardı, müsadirə edildi Video

08.09.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyədə hava limanında azərbaycanlı qadının baqajından qurban əti çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DMAX telekanalında yayımlanan “Gümrük Muhafaza Türkiye” verilişində kadrlar təqdim olunub.

Görüntülərdə İstanbul Hava Limanında sənədləri və çantası yoxlanılan azərbaycanlı qadının baqajından ət məhsulu aşkarlanır. O, bunun anasının ona verdiyi qurban əti hədiyyəsi olduğunu bildirərək götürülməməsini xahiş edib.

Lakin gömrük əməkdaşları qaydalara uyğun olaraq əti müsadirə edib, sənədləşmədən sonra qadının digər şəxsi əşyaları özünə qaytarılıb.

Həmin görüntüləri təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью