Azərbaycandan rəsmi ÇAĞIRIŞ: İRANI TƏRK EDİN

28.02.2026

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın Xarici  İşlər Nazirliyi İrandada təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.

Doğru.az xəbər verir ki, bununla bağlı XİN “X” hesabında paylaşım edib.

Qeyd olunub ki, vətəndaşlardan təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

tehran@mission.mfa.gov.az

+98 901 414 31 57

+98 935 317 21 01

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью