Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiya Azərbaycan iqtisadiyyatına 97,9 milyon dollar həcmində birbaşa investisiya yatırıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə azdır.Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd olunub.
Hesabat dövründə şimal qonşumuzdan Azərbaycan iqtisadiyyatına yatırılan sərmayə, ümumi investisiyaların həcminin 2,2 faizini təşkil edib.Azərbaycan isə 9 ay ərzində Rusiya iqtisadiyyatına 27,4 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 18% azdır.
İnvestisiyaların ümumi həcmində Azərbaycanın Rusiya iqtisadiyyatına yatırdığı investisiyaların payı 2 faiz təşkil edib.Bizim.Media Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.