Azərbaycandan Rusiyaya etiraz

08.05.2026

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xarici İşlər Nazirliyi (XİN) Rusiya dövlət televiziyasnda Azərbaycan xəritəsinin təhrif olunmasına sərt reaksiya verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə jurnalistlərin suallarına cavabında bildirib.

A.Hacızadə deyib ki, 6 may tarixində Rusiya Federasiyasının dövlət telekanalı olan “Birinci kanal”ın “Zaman göstərər” (“Vremya pokajet”) verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma “Dağlıq-Qarabağ” ərazisinin fərqli rənglə yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır.

“Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya Federasiyası da daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin, bunun heç zaman sual altına alınmadığının bəyan edildiyi Rusiya Federasiyasının öz dövlət televiziyasında köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir.

Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir”, – XİN sözçüsü vurğulayıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью