Azərbaycandan sanksiyalar altında olan Rusiyaya həyati jest... Əməkdaşlıq haqqında Saziş təsdiq edilib

12.02.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş təsdiq edilib. APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu saziş ötən il dekabrın 21-də Moskvada imzalanmışdı. Əslində bu, Rusiya-Azərbaycan münasibətlərindəki indiki gərgin vəziyyətdə xüsusi maraq doğurur.

Məlumdur ki, Rusiya mediasında və ekspert dairələrində, hətta bəzi siyasətçilər tərəfindən Azərbaycan əleyhinə kampaniya aparılır. Ötən ilin dekabrında Rusiya səmasında Azərbaycana məxsus sərnişin təyyarəsi vurulduqdan sonra Azərbaycan bununla bağlı Rusiyaya bir sıra haqlı tələblər yönəldib. Ancaq Rusiya üzərinə düşənləri etmək əvəzinə, Azərbaycana qarşı pressinq başlayıb. Buna baxmayaraq, Azərbaycan prezidenti Rusiya ilə imzalanmış nəqliyyat sazişini təsdiqləyib. Bununla rəsmi Bakı strateji tərəfdaşlığa sadiqliyini bir daha sübut edir. Azərbaycan Rusiyanın özünə də, başqa dövlətlərə də nümunə göstərdi. Bu fərman indi baş verənlərin Rusiya tərəfdən qaynaqlanan situativ gedişlər olduğunu bir daha vurğulamış oldu. Eyni zamanda mesaj verilir ki, onsuz da çox çətin vəziyyətə düşmüş, sanksiyalar altında olan Rusiyanın dünyaya çıxışı Azərbaycan vasitəsilə mümkündür. Başqa sözlə, Azərbaycanın Rusiya üçün çox önəmli ölkə olduğuna rəsmi Bakı diqqətləri bir daha cəlb etmiş oldu.

Seyid Əhmədli, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью