Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2026-cı ilin yanvar-may aylarında şəkər ixracı 54 milyon 788,5 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 12 milyon 857,1 min dollar idi. Dəyər ifadəsində artım 41 milyon 931,4 min dollar və ya 326,1% olub.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasına istinadən xəbər verir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Miqdar ifadəsində ixrac 18 min 606,7 tondan 86 min 279,9 tona yüksəlib. Artım 67 min 673,2 ton və ya 363,7% təşkil edib.
Şəkər ixracında artım əsasən fiziki həcmin kəskin yüksəlməsi hesabına baş verib. Miqdar artımı dəyər artımını da üstələyib. Bu, orta ixrac qiymətində müəyyən azalma ehtimalını göstərsə də, məhsul üzrə ümumi ixrac gəliri ciddi şəkildə artıb.