Azərbaycandan sonra Ermənistana səfər edəcək

29.06.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen iyulun 2-də Ermənistana işgüzar səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Avropa Komissiyası sədrinin səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyi bildirilir.

Məlumata görə, danışıqlardan sonra Paşinyan və Avropa Komissiyasının sədri bəyanatlar verəcək və jurnalistlərin suallarını cavablandıracaqlar.

Xatırladaq ki, Lyayenin 1 iyulda Azərbaycana səfəri gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью