Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sabah Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu ölkəyə 2 vaqon karbamid və 1 vaqon un göndəriləcək.
Qatar saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.