Azərbaycandan turist axını 18%ə yaxın artdı

19.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% artaraq 1 milyon 816,4 min nəfər olub.

Gununsesi.infoDövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 41,8%-i Türkiyəyə, 20,7%-i Rusiyaya, 8,7%-i Gürcüstana, 8,6%-i İrana, 20,2%-i digər ölkələrə səfər edib.

Gedənlərin 64,1%-ni kişilər, 35,9 %-ni qadınlar təşkil edib.

2023-cü ilin eyni dövrünə nisbətən İrana gedənlərin sayı 35,6%, Rusiyaya gedənlərin sayı 14,1%, Gürcüstana gedənlərin sayı 13,4%, Türkiyəyə gedənlərin sayı 10,8 % artıb.

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6%-i hava, 28,3%-i dəmir yolu və avtomobil, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью