Azərbaycandan Türkmənistana hədiyyə olunan tankerin GÖRÜNTÜLƏRİ

22.06.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan tərəfindən Türkmənistana "Dostlug" neftdaşıyan tankeri hədiyyə olunub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, tankerin ümumi uzunluğu 141 metr, eni 16.9 metr, suya oturumu isə 4.54 metrdir.

"Dostlug" neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin dedveyti 7 875 tondur.

Bu zavodda indiyədək 14 gəminin inşası və 170-dən çox gəminin təmiri layihələri uğurla icra olunub. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin inşası davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir.

Hədiyyə olunan tankerin görüntüsünü təqdim edirik:

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью