Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycandan dizel yanacağının idxalı artıq Ermənistanın iqtisadi mühitinə müsbət təsir göstərib.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan jurnalistlərə açıqlayıb. O, "Tramp Yolu" layihəsinə də toxunub.
Nazir qeyd edib ki, bu mərhələdə adı çəkilən layihənin Ermənistanın ümumi daxili məhsuluna nə dərəcədə təsir göstərə biləcəyini qiymətləndirmək çətindir.
Onun sözlərinə görə, Maliyyə Nazirliyi Azərbaycan və Türkiyə ilə mümkün iqtisadi inkişafları əhatə edəcək hesablamalar aparmayıb.
Ağarza Elçinoğlu Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.