Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanəsilli ABŞ-li atlet Vüsalə Bentley qadınlar arasında ən uzunmüddətli plank üzrə dünya rekorduna iddialı nəticə göstərib. O, 5 saat 3 dəqiqə fasiləsiz plank vəziyyətində qalıb.
İdman.Biz shimal.news.az-a istinadən xəbər verir ki, əslən Xaçmazdan olan Vüsalə Bentley oktyabrın 24-də ABŞ-nin Minnesota ştatının Mankato şəhərində keçirilən tədbirdə bu nəticəyə nail olub.
İdmançının təşəbbüsü xeyriyyə məqsədi də daşıyıb. Tədbir çərçivəsində yerli xeyriyyə təşkilatı üçün 15 min dollardan çox ianə toplanıb.
Vüsalə yerli mediaya açıqlamasında məqsədinin şəxsi nailiyyətdən daha çox cəmiyyətə dəstək olmaq olduğunu bildirib.
Qeyd edək ki, nəticə hələ Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi təsdiqlənməyib. İdmançı rekordun qeydə alınması üçün müraciət edib. Təsdiqləmə prosesinin bir neçə ay çəkəcəyi gözlənilir.
Vüsalə Bentley bundan sonra ABŞ-nin 50 ştatının hər birində ən azı bir saat plank üzrə çıxış edərək plank edərək xeyriyyə təşəbbüsünü davam etdirməyi planlaşdırır.