Azərbaycanəsilli iranlı rejissor Kann da əsas mükafatı qazandı

24.05.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Azərbaycanəsilli iran rejissor Cəfər Pənahi Kann Beynəlxalq Film Festivalında "Qızıl palma budağı" mükafatına layiq görülüb.

Axşam.az xəbər verir ki, mükafat rejissora "Sadə təsadüf" filminə görə təqdim olunub.

Qeyd edək ki, Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq sözügedən festivalda iştirak edib və əsas mükafatı qazanıb.

Film gizli şəkildə çəkilib və dövlət tərəfindən maliyyələşdirilməyib.

Cəfər Pənahi İranda dəfələrlə həbs olunub. Onun film çəkməsinə qadağa belə qoyulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью