Azərbaycanəsilli milyarderlər Moskvada Dubay tikməyə hazırlaşırlar

15.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Rusiya paytaxtı möhtəşəm dəyişikliklərə hazırlaşır. Hökumət tərəfindən köhnəlmiş və qəzalı elan edilmiş əfsanəvi "QİYŞ kitabı" binasının yerində tezliklə paytaxtın yeni superdominantı olacağı vəd edilən 76 mərtəbəli kompleks ucalacaq. Bu iddialı layihənin arxasında azərbaycanəsilli milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus "Kiyevskaya ploşad" qrupu dayanır.

Oxu.Az-ın məlumatına görə, "Novosti MSB" "Telegram" kanalı həmin göydələnlərin variantlarını paylaşıb.

Bildirilir ki, Yeni Arbatdakı "QİYŞ kitabı"nın yerində tikiləcək "Moskva Dubayı"nın bir hissəsi yaşayış üçün ayrılacaq.

"Kiyevskaya ploşad" qrupunun sahibləri yeni kompleksin Moskvanın bütün mövcud hündürmərtəbəli binalarını kölgədə qoyacağına əminliklərini vurğulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью