Azərbaycanfilm kinostudiyasına yeni direktor təyin edildi

22.10.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qurban Pirimov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru təyin edilib.

Kult.az APA-ya istinadla xəbər verir ki, bu barədə mədəniyəti naziri Adil Kərimli əmr imzalayıb.

Mədəniyyət Nazirliyi faktı təsdiqləyib.

Qeyd edək ki, kinostudiyanın direktorunun vəzifələrini Azər Quliyev icra edirdi.

Xatırladaq ki, Qurban Pirimov bundan əvvəl Azərbaycan Kino agentliyində direktor müavini vəzifəsini icra edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью