AzərbaycanGürcüstan sərhədində rekord sayda yük maşını gözləyir

23.12.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 450 avtomobil gözləyir.

“Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, Samur gömrük postunda 77, "Mazımqara" gömrük postunda 16, "Astara" gömrük postunda 73, "Biləsuvar" gömrük postunda 5 yük maşını var. "Xanoba" gömrük postunda hazırda gözləyən yük avtomobili yoxdur.

AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью