Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar bəlli olub

05.12.2024

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək rapid və blits üzrə Avropa çempionatında Azərbaycanı təmsil edəcək şahmatçılar bəlli olub.

Oxu.Az xəbər verir ki, yarışda yığmanın dörd üzvü mübarizə aparacaq. Bunlar Eltac Səfərli, Rauf Məmmədov, Namiq Quliyev və Məhəmməd Muradlıdır.

Qeyd edək ki, Avropa çempionatı dekabrın 6-dan 11-dək təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью