Azərbaycanı Belçikada onlar təmsil edəcək

29.01.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan cüdoçuları yanvarın 31-dən fevralın 1-dək Belçikada beynəlxalq açıq turnirdə iştirak edəcəklər.

Futbolpress.az xəbər verir ki, yığma yarışda ümumilikdə 14 çəki dərəcəsində 31 cüdoçu (17 kişi, 14 qadın) ilə təmsil olunacaq.

Cüdoçularımıza kişilərdən ibarət milli komandanın böyük məşqçisi Slavko Tekiç, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, kişilərin mübarizəsi Vise, qadınların yarışı isə Herstal şəhərlərində baş tutacaq.

Yarışda iştirak edəcək heyəti təqdim edirik:

Kişilər

60 kq
Babarəhim Mirzəyev
Murad Muradlı
Murad Əliyev
Fərid Qarayev

66 kq
Hüseyn Allahyarov
Yaşar Nəcəfov
Tofiq Məmmədov

73 kq
Kamran Süleymanov
Əbil Yusubov

81 kq
Cəsur İbadlı
Mehdi Abbasov

90 kq
Əli Qazıməmmədov
Zelim Tçkayev

100 kq
Davud Namazlı
Nihad Şıxəlizadə

+100 kq
Ramazan Əhmədov
Camal Feyziyev

Qadınlar

48 kq
Şəfəq Həmidova
Diana Tçkayeva

52 kq
Könül Əliyeva
Çinarə Sadıqova
Aydan Vəliyeva
Gültac Məmmədəliyeva
Leyla Əliyeva

57 kq
Ülviyyə Bayramova

63 kq
Fidan Əlizadə
Nərgiz Hacıyeva

70 kq
Aytac Qardaşxanlı
Südabə Ağayeva

78 kq
Nərmin Əmirli

+78 kq
Madina Kaisinova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью