Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünya brendi siyasi statusu olan ölkələri hamımız tanıyırıq. Uzun müddət bu ölkələrin təqdimatı əsasən demokratiya ölkəsi, insan haqları ölkəsi və s. kimi təqdim olunub və cəmiyyətə təlqin olunub. O ölkələr hansı qərarları qəbul etsələr, haqlıdırlar və birmənalı olaraq hamı tərəfindən müdafiə olunmalıdırlar deyə bir psixoloji durum beyinlərdə yaranmışdı. Əslində, zaman-zaman onların verdiyi qərarlar digər brendə çevrilə bilməyən ölkələr üçün haqsız və ədalətsiz olub. Nə demokratiya, nə insan haqları, nə də sivil cəmiyyət haqqında düşünüblər.Sadəcə öz maraqlarını və fikirlərini ölkələri kimi brendə çeviriblər. Bu, bilavasitə bizə aid məsələ olub. Qarabağ məsələsində bizim 30 illik pozulmuş hüquqlarımız gözardı olunub. Azərbaycan dövlətinin milli dəyər və mentaliteti həmişə dünya üçün təhlükəsiz olmuşdu. Lakin təhlükəli olan dəyərlərə, dünya üçün təhlükə saçan ölkələrə daha çox dəstək verilib. Biz ölkə olaraq isə bəzi maraq dairələrinə o dəyərlərlə mane olduğumuz üçün dövlətimizə qarşı tarixlər boyu güclü ölkələr tərəfindən çoxlu ədalətsizliklər olub. Bəli, güclü ölkələr anlayışı var. O gücü onlar haqla qazanıblarmı? Qətiyyən yox. O güc qanla qazanılıb. Öz mövqelərini qorumaq, ərazilərini genişləndirmək, dövlət qurmaq üçün dünyada saysız-hesabsız savaşlar olub. Bunun hesabına güclü ölkələr əmələ gəlib. Big Bang (Böyük Partlayış) sonra kainatın yaranması 13,8 milyard il əvvəl baş verib. Bu kosmoloji hadisədən bəri güc və sərvət uğrunda müharibələr olub.
Elmi inqilabdan sonra dünyaya baxış və idarəetmə metodları dəyişdi. Sonra texnoloji inqilablar yarandı. Birinci sənaye inqilabı, ikinci sənaye inqilabı, üçüncü texnoloji inqilab və hazırda yaşadığımız dördüncü texnoloji inqilab dövrü özünəməxsus yeni idarəetmə metodları ilə dünyaya baxışı dəyişdi. Bu gün Yeni Dünya Nizamında brendə çevrilmək üçün beynəlxalq imicə, iqtisadi gücə, media, diplomatiya və beynəlxalq müttəfiqlərlə müdrik rəftara ehtiyac var. Texnoloji inqilablar təfəkkürdə dəyişiklik yaratdı. Siyasi brend statusu olan ölkələrin hər addımı mütləq doğru kimi qəbul olunur. Və bu bəşəri yanaşmalarda müzakirələrə səbəb olur. Beləliklə, bəzi brend ölkələr öz reputasiyalarına da ciddi xəsarətlər görürlər. Azərbaycan dövlətini idarə edən lider İlham Əliyev öz ardıcıl xarici siyasəti ilə eyni prinsiplərimizi və prinsipləri müdafiə etməklə ölkəmizi müasir reallıqlara uyğun şərtlər daxilində brend ölkəyə çevirdi. İqtisadi gücün, texnologiyanın, mədəni təsirin, diplomatiyanın, etibarın və siyasi təsirin nəzəriyyəmizlə buna nail olduq. Artıq bu gün Azərbaycan dəyərləri dünyada qəbul olunan dəyərlərdir. Həm enerji, həm regional Qarabağ, həm də nəqliyyat layihələrinin həyata keçirilməsi ilə artıq biz Azərbaycan brendiyik.
Ramil Hüseynov, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri