Azərbaycanı dünya kata çempionatında 6 cüdoçu təmsil edəcək

05.11.2024

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycan cüdoçuları ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək dünya kata çempionatında iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq.

Nage-no-kata üzrə Malik Allahverdiyev, İsmayıl Rzayev (hər ikisi tori - hücum edən idmançı), Samir İsmayılov və İbrahim Aslanov (hər ikisi uke - hücum edilən idmançı), katame-no-katada isə Rafiq Nəcəfov (tori) və Əmrah Əhmədov (uke) qüvvəsini sınayacaq.

Qeyd edək ki, noyabrın 9-10-da təşkil olunacaq dünya kata çempionatında 32 ölkədən 282 idmançı iştirak edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью