Azərbaycanı Dünya Kubokunda 4 güllə atıcısı təmsil edəcək

12.03.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 12 mart, AZƏRTAC

İspaniyanın Qranada şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycanın güllə atıcıları bəlli olub.

Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, turnirdə ölkəmizi 4 idmançı təmsil edəcək.

Yığmanın heyətində Xanna Əliyeva, Vladislav Kalmıkov, Ruslan Lunyov və Nigar Nəsirova yer alıblar. Onlar fərdi çıxışla yanaşı, qarışıq komanda yarışında da qüvvələrini sınayacaqlar.

50-dən çox ölkədən idmançıların mübarizə aparacağı Dünya Kuboku aprelin 5-dən 13-dək təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью