Azərbaycanı Düşənbədə 17 cüdoçu təmsil edəcək adlar

21.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, bu il ilk dəfə gənclər arasında Qran-Pri turniri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Dünya Cüdo Turuna daxil edilən yarış 24–25 oktyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbədə təşkil olunacaq.

Turnirdə 17 cüdoçu (10 oğlan, 7 qız) ilə qüvvəsini sınayacaq.

İdmançılarımız tatamiyə gənc oğlanlardan ibarət milli komandanın məşqçisi Elxan Rəcəbli, yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə, gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxacaqlar.

Gənclər arasında Qran-Pri turnirində 19 ölkədən 234 cüdoçu (147 oğlan, 87 qız) mübarizə aparacaq.

Heyəti təqdim edirik:

Oğlanlar

-60 kq
Anar Quliyev
Məhəmməd Rüstəmli

-66 kq
Əhməd Rüstəmov

-73 kq
Səlim Sultanov
Özqan Quliyev

-81 kq
Məhəmməd Ağakişiyev

-90 kq
Əli Qazıməmmədov

-100 kq
Davud Namazlı
Canpolad Əliyev

+100 kq
Ramazan Əhmədov

Qızlar

-48 kq
Nərgiz Əhmədova

-52 kq
Aysun Məmmədova
Nuranə Hacızadə

-57 kq
Xədicə Qədəşova
Vüsalə Hacıyeva

-63 kq
Hanna Zaytseva
Nilgün Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью