Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın yerləşdiyi strateji coğrafiya onu Cənubi Qafqaz və Yaxın Şərqdə gedən geosiyasi proseslərin mühüm iştirakçılarından birinə çevirir. Bu səbəbdən ölkənin İranla münasibətləri də yalnız Bakı-Tehran əlaqələri çərçivəsində deyil, daha geniş regional rəqabət kontekstində qiymətləndirilir.
Azərbaycanın İrana qarşı platforma kimi göstərilməsi cəhdinin arxasında hansı regional güclər və geostrateji maraqlar dayanır?
Siyasi şərhçi Ülviyyə Zülfiqar Demokrat.az-a açıqlamasında bildirib ki, Cənubi Qafqaz bu gün müxtəlif geosiyasi və geoiqtisadi maraqların kəsişdiyi mühüm regionlardan biridir:
“Burada gedən proseslərə yalnız ayrı-ayrı dövlətlər arasındakı münasibətlər prizmasından yanaşmaq doğru olmazdı. Söhbət eyni zamanda təhlükəsizlik, enerji, nəqliyyat-kommunikasiya xətləri və regionda formalaşan yeni siyasi reallıqlardan gedir. Belə mürəkkəb şəraitdə Azərbaycanın mövqeyi ilk növbədə öz milli maraqlarının və regional sabitliyin qorunmasına əsaslanır.
Azərbaycanın bu istiqamətdə prinsipial mövqeyi ondan ibarətdir ki, ölkə ərazisinin hər hansı dövlət tərəfindən başqa bir dövlətə qarşı istifadə edilməsinə imkan verilməsin. Rəsmi Bakı dövlətlərlə münasibətlərində qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü və təhlükəsizlik maraqlarının nəzərə alınması prinsiplərinə üstünlük verir. Bu yanaşma Azərbaycanın regionda yeni qarşıdurma xətlərinin yaranmasında deyil, əksinə, sabitliyin və əməkdaşlıq imkanlarının genişlənməsində maraqlı olduğunu göstərir”.
Ülviyyə Zülfiqar əlavə edib ki, eyni zamanda, Azərbaycan regionda kifayət qədər balanslı və müstəqil xarici siyasət yürüdür:
“Rəsmi Bakı konkret güc mərkəzlərindən birinə birmənalı şəkildə meyillənmək və geosiyasi rəqabətdə tərəf seçmək əvəzinə, müxtəlif aktorlarla münasibətlərini milli maraqlar və praqmatik əməkdaşlıq əsasında qurur. Bir-biri ilə bəzən ciddi fikir ayrılıqları yaşayan tərəflərlə eyni zamanda münasibətləri qorumaq, lakin bunun müqabilində öz siyasi qərarvermə müstəqilliyindən geri çəkilməmək Azərbaycanın xarici siyasət modelinin özünəməxsus xüsusiyyətlərindən biridir. Məhz bu balansın qorunması ölkəyə mürəkkəb regional proseslərdə daha sərbəst və çevik siyasət yürütmək imkanı verir”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Azərbaycanın İrana qarşı platforma kimi göstərilməsi cəhdinin arxasında hansı regional güclər və geostrateji maraqlar dayanır?