Azərbaycanı İslamiadada 3 paralimpiyaçı təmsil edəcək

14.11.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 noyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 3 paralimpiyaçısı mübarizə aparacaq.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, paraatletikanın nüvə itələmə və disk atma növlərində Samir Nəbiyev F57 kateqoriyasında gücünü sınayacaq. Parapauerliftinqdə isə Ceyhun Mahmudov ilə Zəhra Dadaşova yüngül çəki kateqoriyasında çıxış edəcəklər.

Yarışlar noyabrın 17-21-də təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью