Azərbaycanı İsveçrədəki turnirdə 5 taekvondoçu təmsil edəcək

04.09.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət milli komandası sentyabrın 6-da İsveçrənin Sankt-Qallen şəhərində keçiriləcək “Swiss Open” beynəlxalq turnirində mübarizə aparacaq.

Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda Azərbaycanı Xıdır Məmmədov (54 kiloqram), Fuad Məhərləmli (63 kiloqram), Cavad Ağayev (74 kiloqram), Taleh Süleymanov (87 kiloqram) və Minayə Əkbərova (46 kiloqram) təmsil edəcəklər

İdmançılar milli komandanın məşqçiləri Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında bu gün Sankt-Qallen şəhərinə yola düşüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью