“Azərbaycanı məğlub edə bilərdik” moldovalı məşqçi

22.11.2024

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moldovanın U-19 komandasının baş məşqçisi Sergei Cebotari Avropa çempionatının ilkin mərhələsində komandanın çıxışını dəyərləndirib. Sport24.az xəbər verir ki, mütəxəssis federasiyanın mətbuat xidmətinə müsahibəsində Azərbaycanla heç-heçə etdikləri oyuna da (2:2) toxunub:

"Azərbaycanla matçda iki qol vursaq da, səhvlərimiz oldu və bu, bizə baha başa gəldi. Müdafiədə diqqətli və hücumda daha effektiv oynaya bilsəydik, qələbə qazana bilərdik".

Azərbaycanın U-19 yığması ilkin mərhələdə bir xalla qrup sonuncusu olub. Yığma İslandiyaya 0:2, İrlandiyaya isə 0:4 hesabıyla uduzub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью