Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkü atılacaq.
QOL.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, tədbirdə Azərbaycan nümayəndələri də iştirak edəcəklər.
Mərasimə millimizin baş məşqçisi Fernandu Santuş, AFFA-nın icraçı vitse-prezidentinin müşaviri Orxan Əhmədov və A millinin direktoru İlqar Qurbanov qatılacaqlar.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.