Azərbaycanı Qətərdə keçiriləcək turnirdə 6 stolüstü tennisçi təmsil edəcək AZƏRTAC

17.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycanın stolüstü tennisçiləri Qətərin paytaxtı Doha şəhərində keçiriləcək “WTT Youth Contender” turnirində iştirak edəcəklər.

Bu barədə AZƏRTAC-a komandanın baş məşqçisi Fərhad İsmayılov məlumat verib.

O bildirib ki, Azərbaycanı həmin yarışda Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli təmsil edəcəklər. Onun sözlərinə görə, komanda yanvarın 26-da Doha şəhərinə yola düşəcək.

Qeyd edək ki, “WTT Youth Contender” turniri yanvarın 27-dən 30-dək keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью