Azərbaycanı UEFA turnirlərində təmsil edəcək bütün klublar dəqiqləşib

31.05.2025

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025/2026 mövsümündə Azərbaycanı UEFA turnirlərində təmsil edəcək bütün komandalar dəqiqləşib.

Ölkə.az xəbər verir ki, bu, bu gün "Qarabağ" və "Sabah" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final oyunundan sonra bəlli olub.

Həlledici matçda rəqibini üstələyən (3:2) "Sabah" UEFA Avropa Liqasına vəsiqə qazanıb.

Misli Premyer Liqasının qalibi olan "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Digər avrokubok iştirakçıları, "Zirə" və "Araz-Naxçıvan" UEFA Konfrans Liqasında çıxış edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью