Azərbaycanın 1 ci universiteti UNEC

18.11.2025

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“QS “Dünya Universitetlərinin reytinqi: Dayanıqlılıq 2026”-də də  UNEC Azərbaycanda 1-ci yerə yüksəldi. Eləcə də, UNEC dünyada ən yaxşı 726-cı, Asiyada 221-ci, Qərbi Asiyada 45-ci universitetdir. Reytinqə dünyanın 108 ölkəsinin univetsitetləri  iştirak edib”.

Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor bildirib ki, qiymətləndirmə ali təhsil müəssisələrinin 1-ətraf mühitə təsir, 2 -sosial məsuliyyət və 3 -idarəetmə fəaliyyətləri əsasında aparılıb:

“UNEC dayanıqlılıq üzrə ölkənin ən yüksək göstəriciyə malik universitet olmaqla bərabər həm də 3 istiqamətin hər biri üzrə də birinci yerdədir”.

Sevinc Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью