Azərbaycanın 2 boksçusu beynəlxalq turnirə qələbə ilə başladı

27.02.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın 2 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” turnirinə qələbə ilə başlayıb.

Fanat.Az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində çıxış edən Mirşərif Kazımzadə irlandiyalı Qavin Rafferti ilə döyüşüb. 

Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:27) hesablı qələbəsi ilə başa çatıb. Kazımzadə 1/4 finalda özbəkistanlı Cavohir Ummataliyevlə üz-üzə gələcək.

71 kiloqramda mübarizə aparan Sərxan Əliyev isə 1/8 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevlə (Gürcüstan) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Boksçumuz ikinci döyüşündə qazaxıstanlı Farux Toxtassunovu sınağa çəkəcək.

Qeyd edək ki, turnirə martın 2-də yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью