Azərbaycanın 2025ci il üçün büdcəsi daha 40 milyon manat artırılıb

16.12.2024

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə daha 40 milyon manat artırılıb.

Missiya.Az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, gələn il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çoxdur), xərclərinin isə 41 milyard 407,6 milyon manat (+4,2 %) olacağı gözlənilir.

"Artım büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarını və ona müvafiq olaraq büdcədənkənar xərclərini 40 milyon manat artırılması hesabınadır", - deyə o qeyd edib.

Son nəticədə büdcədə əvvəl elan edildiyi kimi, 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью