Azərbaycanın 3 boksçusu Drakula Open in yarımfinalında

19.02.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

Azərbaycan millisinin 3 boksçusu Rumıniyada keçirilən “Drakula Open”də yarımfinala yüksəlib.

Fanat.Az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Breila şəhərində gənclər arasında təşkil olunan yarışda yığma üzvləri 1/4 final görüşlərindən qələbə ilə ayrılıblar.

Baqir Əmirxanlı (60 kq) David Barbuya (Rumıniya) üçüncü, Valeh Eyvazlı (67 kq) Rares Pursareaya (Rumıniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Mircəlal Mirağayevin (80 kq) rəqibi Zaxar Doroşenko (Ukrayna) isə döyüşə çıxmadığına görə təmsilçimiz mərhələ adlayıb.

Hər 3 boksçu yarımfinala yüksəlməklə özləri üçün minimum bürünc medalı təmin ediblər.

Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью