Azərbaycanın 3 gəmisi heyəti ilə birlikdə həbs edilib KİV

08.01.2025

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Eritreya (Afrika qitəsində yerləşir – red.) dövlətinə aid sularda həbs edildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakupost.az -a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib.
O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya – Eritreya istiqamətinə yönəldiyi bildirilir.
Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat katibi Pərvanə İmanova bildirib ki, bu barədə məlumatlıdırlar və məsələ araşdırılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью