Azərbaycanın 3 klubu texniki məğlubiyyətlə cəzalandırılıb

08.04.2025

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AFFA İntizam Komitəsi 3 klubu texniki məğlubiyyətlə cəzalandırıb. SİA xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında keçirilən “Ərkivan” - “Qobustan” matçında qonaq komandanın heyətində protokolda adı qeyd edilməyən futbolçu iştirak edib. Bu səbəbdən “Ərkivan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-11 Liqasında keçirilən “Santos Baku” – “Antiguoko İnternational” oyununun 48-ci dəqiqəsində qonaqların heyətində meydana lisenziyası olmayan futbolçu çıxıb. Bu səbəbdən “Antiguoko İnternational”a 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

U-17 Qızlar Liqasında iştirak edən “Zaqatala” da eyni cəzaya məruz qalıb. Buna “Şəfa” ilə matçın gedişində “Zaqatala”nın heyətində yetərsay olmaması səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью