Azərbaycanın 3 ölkədə nümayəndəliyi DAYANDIRILIB

09.12.2024

Icma.az bildirir, Bakupost portalına istinadən.

“Azərbaycanın 71 səfirliyi fəaliyyət göstərir”.

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

S.Seyidov Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” qanun layihəsi ilə bağlı çıxışında deyib ki, 2001-ci ildə təxminən 40-a yaxın diplomatik missiyamız var idi.

“Bu gün 71 səfirliyimiz, 5 daimi nümayəndə, Fələstində 1 təmsilçilik ofisi və 15 konsulluq fəaliyyətdədir. İki səfirlik (Liviya və Suriya) məlum olan səbəblərə görə, bir baş konsulluq isə Odessada hazırda fəaliyyət göstərmir”, - deyə komitə sədri bildirib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью