Azərbaycanın 35 cüdoçusu Belçikada beynəlxalq təlim məşq toplanışına qatılıb

02.02.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 2 fevral, AZƏRTAC

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Belçikanın Herstal şəhərində Olimpiya Təlim Düşərgəsi start götürüb.

AZƏRTAC xəbər verir ki, hazırlıq prosesinə Azərbaycanın 35 cüdoçusu (20 kişi, 15 qadın) qatılıb. İdmançılarımıza kişilərdən ibarət milli komandanın böyük məşqçisi Slavko Tekiç, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın çalışdırıcısı Amina Abdellatif və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edirlər.

Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı fevralın 5-də başa çatacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью