Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 13 sentyabr, AZƏRTAC
Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, yığma 3-cü yer uğrunda görüşdə Sloveniya seçməsi ilə qarşılaşıb.
Rəqibinə 21:18 hesabı ilə qalib gələn milli komanda bürünc mükafata sahib çıxıb.