Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq

02.10.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 oktyabr, AZƏRTAC

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisi Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək “Albania Open” beynəlxalq turnirində mübarizə aparacaq.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəni yarışda 4 idmançı təmsil edəcək.

Bunlar Zəhra İsayeva (44 kiloqram), Gülnar Rəsulzadə (52 kiloqram), Novruz Əliyev (55 kiloqram) və Adil Kazımlıdır (73 kiloqram) .

Qeyd edək ki, komanda mübarizəyə oktyabrın 3-də qoşulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью