Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

30.09.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycanın şose velosipedi üzrə milli komandası Avropa çempionatında iştirak etmək üçün Sloveniyanın paytaxtı Lyublyanaya yollanıb.

Federasiyadan AZƏRTAC-a bildirilib ki, oktyabrın 2-dən 7-dək keçiriləcək yarışda ölkəmiz elit və gənclər kateqoriyalarında 4 velosipedçi ilə təmsil olunacaq.

Gənclər kateqoriyasında Rəhim Nağıyev və Nihad Xudoyev, elit kateqoriyasında isə Nofəl Nuriyev və Şahin Eyvazov mübarizə aparacaqlar.

Avropanın müxtəlif ölkələrindən ən güclü velosipedçilərin qatılacağı çempionatda Azərbaycan təmsilçiləri fərdi və qrup ötüşməsi növlərində çıxış edəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью