Azərbaycanın 5 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

23.04.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 aprel, AZƏRTAC

Bu gün Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında cüdo üzrə Avropa çempionatı start götürəcək.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 5 üzvü medallar uğrunda mübarizə aparacaq.

Kişilər arasında Əhməd Yusifov, Turan Bayramov (hər ikisi 60 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) tatamiyə çıxacaq.

Qadınların yarışında isə Könül Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) güclərini sınayacaq.

Mötəbər turnirin görüşləri Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью