Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.
XQ xəbər verir ki, yarışın ilk günündə Azərbaycanı 3 çəki dərəcəsində 5 cüdoçu təmsil edəcək.
Qadınlar: -48 kq, 1/16 final: Könül Əliyeva – Mariya Sequnda (Anqola)
Kişilər: -60 kq, 1/32 final: Babarəhim Mirzəyev – Nuradil Aljan (Qazaxıstan) -60 kq, 1/16 final: Murad Muradlı – Vahe Ağasyan (Ermənistan) -66 kq, 1/16 final: Rəşad Yelkiyev – Mohammad Xoşbin (IRT) -66 kq, 1/16 final: Nizami İmranov – Maykl Frayer (Böyük Britaniya) / Akjigit Nassir (Qazaxıstan) cütünün qalibi
Təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 19:00-da başlayacaq.
Yarışın canlı yayımı Judo TV və CBC Sport kanallarında təqdim olunacaq.