Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Bolqarıstanda 17 yaşadək güləşçilər arasında Avropa çempionatı başlayır.
Fanat.Az xəbər verir ki, Samokovda baş tutacaq qitə birinciliyinin ilk günündə Azərbaycan millisinin 5 yunan-Roma güləşisi döşək üzərinə çıxacaq.
Startda Ömər Salmanov (48 kq), Qurban Məcnunov (55 kq), Orxan Həbibli (65 kq), Zəka Yusubov (80 kq) və Məhəmməd Mustafayev (110 kq) yarışacaq.
Avropa çempionatına mayın 17-də yekun vurulacaq.